Yuri Uşakov: "Azərbaycan, Rusiya və İran prezidentləri İŞİD təhlükəsini müzakirə edəcək"

Yuri Uşakov: "Azərbaycan, Rusiya və İran prezidentləri İŞİD təhlükəsini müzakirə edəcək" Həmçinin Suriya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq
Xarici siyasət
5 Avqust , 2016 17:57
Yuri Uşakov: Azərbaycan, Rusiya və İran prezidentləri İŞİD təhlükəsini müzakirə edəcək

Bakı. 5 avqust. REPORT.AZ/ "Azərbaycan, Rusiya və İran prezidentləri Bakı görüşündə Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər həmçinin İŞİD terror qruplaşması tərəfindən artan təhlükə ilə bağlı məsələləri də diqqət mərkəzində saxlayacaqlar.

Xatırladaq ki, üç ölkə prezidenti - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü avqustun 8-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi