Yuxarı

USAID-in yeni direktoru təşkilatın Azərbaycanda fəaliyyətinin prioritetlərini açıqlayıb

Meredit: Biz Azərbaycanın bir sıra sahələr üzrə tərəqqi etməsini görməkdən məmnunuq

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatının dünya bazarlarına inteqrasiyası, həmçinin idarəetmə proseslərinin möhkəmləndirilməsinə dəstək üzrə proqramlar həyata keçirir.

"Report" xəbər verir ki, bunu USAID-ın Bakıdakı nümayəndəliyinin yeni təyin olunmuş direktoru xanım Mikaela Meredit bildirib.

"Biz Azərbaycanın bir sıra sahələr üzrə tərəqqi etməsini görməkdən məmnunuq", - deyə o bildirib.

Mikaela Merediti ictimaiyyətə təqdim edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, o, bunadək üç yüksək rütbəli vəzifədə çalışıb, İraq, Sudan, Bosniya və Herseqovinada işləyib, Yaxın Şərq və Şərqi Avropa ilə yaxından tanışdır.

R. Sekuta söyləyib ki, USAID-in missiyası Azərbaycan tərəfi ilə işləmək, güclü və çiçəklənən Azərbaycanın qurulmasına dəstək verməkdən ibarətdir.

Diplomat bildirib ki, USAID indiyədək Azərbaycana 1,5 milyard dollar həcmində yardım edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi