Yuxarı

USAİD və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi əməkdaşlıq bəyannaməsi imzalayıblar

Layihə Azərbaycan hökuməti tərəfindən 2014-cü ilin iyun ayında təsdiq olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT Bakı Layihə Əlaqələndiricisi Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq etmək və bu mübarizəni dəstəkləmək məqsədilə bəyannamə imzalayıblar.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan bildirib ki, bəyannamə ABŞ-ın USAİD vasitəsi ilə Azərbaycan tərəfdaşlarının insan alveri ilə mübarizə səylərinə köməklik göstərməkdə qərarlı olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, ABŞ Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla digər tərəfdaşlarla əlaqələndirmə və əməkdaşlıq şəraitində bu səyləri davam etdirəcək və genişləndirəcək.
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtahtinski isə bildirib ki, bu layihə Azərbaycan hökuməti tərəfindən 2014-cü ilin iyun ayında təsdiq olunub və müasir köləliyin bu formasının 21-ci əsrdə yer almaması üçün səylərin birləşdirmək üçün çox vacibdir. Onun sözlərinə görə, bu layihə çərçivəsində texniki, maliyyə dəstəsi göstəriləcək.
DİN-in İnsan alverinə qarşı mübarizənin baş idarəsinin rəisi Şərif Əsədullayev isə öz növbəsində Baş idarənin gördüyü işlərdən danışıb və qeyd edib ki Azərbaycanda insan alveri ilə bağlı ölkədə fəaliyyət planı icra olunub və bu plana 29 dövlət qurumu və 45-dən çox QHT qoşulub.
Sonda A.Şahtahtinski və D.Hoqan bəyannaməni imzalayıblar.
Bəyannaməyə əsasən, USAİD insan alveri və çəcburi əməyin qarşısının alınması, eləcə də bu hallarla mübarizədə ölkənin səmərəliyinin artırılması məqsədilə ATƏT-in Azərbaycan hökumətinə və vətəndaş cəmiyyətinə köməklik səylərini dəstəkləyəcək.
Bundan başqa, layihə dəyirmi masa müzakirələrinin təşkili və hökumət üçün tövsiyələrinhazırlanması yolu ilə, əmək istismarı məqsədləri ilə də daxil olmaqla, insan alverinin bütün formaların qarşısı alınması sahəsində çoxtərəfli əlaqələndirmə və əməkdaşlığı dəstəkləyəcək

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi