Bakı. 9 sentyabr. REPORT.AZ/ Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kansela Azərbaycana səfər edəcək. Bu barədə "Report"a AzPromo-dan məlumat verilib.
Nazir müavini səfər çərçivəsində AzPromo-nun rəhbərliyi ilə görüşəcək və Azərbaycanla Uruqvay arasında əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edəcək.
Həmçinin, X.L.Kanselanın Azərbaycan rəsmiləri ilə də bir sıra görüşləri nəzərdə tutulub.