UNICEF Azərbaycana yeni nümayəndə təyin edib

UNICEF Azərbaycana yeni nümayəndə təyin edib 10 avqust - UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş Nümayəndəsi cənab Aleks Haykens bu gün Azərbaycan Respublikasının Xarici işlər naziri cənab Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim etdi.
Xarici siyasət
10 Avqust , 2021 15:21
UNICEF Azərbaycana yeni nümayəndə təyin edib
Aleks Haykens

Avqustun 10-da UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Aleks Haykens Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.

Bu barədə "Report"a qurumun Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

"UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələcəyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm", - A.Haykens vurğulayıb.

Son xəbərlər

Orphus sistemi