UNESKO rəsmisi: "Azərbaycan qadın hüquqları sahəsində digər ölkələrə nümunə ola bilər"

UNESKO rəsmisi: "Azərbaycan qadın hüquqları sahəsində digər ölkələrə nümunə ola bilər" Azərbaycan qadın hüquqları sahəsində digər ölkələrə nümunə ola bilər.
Xarici siyasət
10 İyun , 2019 12:10
UNESKO rəsmisi: Azərbaycan qadın hüquqları sahəsində digər ölkələrə nümunə ola bilər

"Azərbaycan qadın hüquqları sahəsində digər ölkələrə nümunə ola bilər".

Bunu "Report"un Fransa bürosuna UNESKO-da Qadınlarla kişilər arasında bərabərlik bölməsinin direktoru Saniye Gülser Corat bildirib.

Onun sözlərinə görə, Azərbaycanla UNESKO arasında yüksək səviyyəli əlaqələr qurulub və inkişaf edir: "Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiridir. Bir neçə dəfə Azərbaycanın təşəbbüsü ilə təşkil olunmuş dialoq mövzusundakı tədbirlərdə qadınlarla kişilər arasında bərabərlik mövzüsuna toxunulub. Azərbaycan bu gün bu məsələdə əhəmiyyətli işlər gördüyü kimi, 100 il bundan əvvəl də çox irəliyə gedərək qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biri olub. Bu, ölkədə, mədəniyyətdə qadınlara verilən önəmin əlamətidir. Bu, çox vacib məsələdir. Çünki səsvermə hüququ qadın hüquqlarının özəyini, ən başlıca elementlərindən birini təşkil edir". 

"Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda qadınların müdafiəsi, rifahı naminə mühüm addımlar atılmaqda davam edir. Çox aktual məsələlər üzərində işlənilir. Azərbaycan müsəlman ölkəsi kimi digər dövlətlərə qadın hüquqları sahəsində nümunə ola bilər. Digər ölkələr Azərbaycanın bu sahədəki təcrübəsindən bəhrələnə bilər". 

Son xəbərlər

Orphus sistemi