UNESCO-nun sülh artisti: "Azərbaycan regionda sülhün və dinamik inkişafın təmin olunmasında böyük rol oynayır"

UNESCO-nun sülh artisti: "Azərbaycan regionda sülhün və dinamik inkişafın təmin olunmasında böyük rol oynayır" Paris. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan regionda sülhün və dinamik inkişafın təmin olunmasında böyük rol oynayır.
Xarici siyasət
21 Sentyabr , 2018 13:35
UNESCO-nun sülh artisti: Azərbaycan regionda sülhün və dinamik inkişafın təmin olunmasında böyük rol oynayır
0 : 00
0 : 00

Paris. 21 sentyabr. REPORT.AZ/ "Azərbaycan regionda sülhün və dinamik inkişafın təmin olunmasında böyük rol oynayır". 

Bunu “Report”un Qərbi Avropa bürosuna açıqlamasında UNESCO-nun xoşməramlı səfiri, təşkilatın “Sülh artisti”, Rusiya İncəsənət Akademiyasının akademiki Amri Aminov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Sovet İttifaqı dağıldıqdan sonra iqtisadiyyat, mədəniyyət və digər sahələrdə çox böyük müvəffəqiyyətlər əldə edən nadir ölkələrdəndir: "İstər bir incəsənət xadimi kimi, istərsə də bir insan kimi, Azərbaycan mənə çox doğmadır. Ona görə də bu ölkə haqqında çox yüksək fikirdəyəm. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva və diplomatlarınız mədəniyyət sahəsində çox uğurlu layihələr həyata keçirirlər. Digər postsovet ölkələrində də böyük potensial olmasına baxmayaraq, onlar Azərbaycan qədər irəliləyişə nail ola bilmirlər. Görünür, Azərbaycan müstəqilliyə hazır idi. Bu ölkənin uğurlar qazanmasında əsas amillərdən biri də kadr siyasətidir. Azərbaycan gənc və dinamik kadrları uğurla irəli çəkərək ölkənin dünyada tanıdılması üçün onlara geniş imkanlar yaradır. Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Azərbaycan mədəniyyətini beynəlxalq arenada yüksək səviyyədə təmsil edir. Azərbaycan Fransada da müvəffəqiyyətlə təmsil olunur. Tədbirlərdə Fransanın mötəbər dairələrindən məsul şəxslərlə mütəmadi rastlaşırıq".

A.Aminov deyib ki, hazırda Azərbaycan istər Qərb, istərsə də Şərq dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurmağa nail olub: "Mən inanıram ki, Azərbaycan Prezidenti İlham Əliyev özünün diplomatiya sahəsindəki təcrübə və bacarığını səfərbər edərək tezliklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olacaq. Mən Azərbaycana beləcə çiçəklənməkdə davam etməyi arzulayıram. “Sülhün keşikçisi“ titulumun mənə verdiyi imkanlardan istifadə edərək Azərbaycanın zəngin mədəniyyətini hər zaman dəstəkləyəcəyəm".

Son xəbərlər

Orphus sistemi