UNDP: “Minatəmizləmə işləri Azərbaycan üçün prioritetlərdən biridir”

UNDP: “Minatəmizləmə işləri Azərbaycan üçün prioritetlərdən biridir” “Azərbaycan üçün minatəmizləmə işləri prioritet məsələlərdən biridir. BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfdaşlarla birlikdə ANAMA ilə bu istiqamətdə işləyir”.
Xarici siyasət
28 Sentyabr , 2022 13:32
UNDP: “Minatəmizləmə işləri Azərbaycan üçün prioritetlərdən biridir”

“Azərbaycan üçün minatəmizləmə işləri prioritet məsələlərdən biridir. BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfdaşlarla birlikdə ANAMA ilə bu istiqamətdə işləyir”.

Bunu “Report”a açıqlamasında BMT-nin İnkişaf Proqramının Azərbaycandakı daimi əlaqələndiricisinin müavini Çaru Bista deyib.

“ANAMA ilə işləmək üçün tərəfdaşlarla birlikdə maliyyə vəsaiti toplaya bilmişik”, - o bildirib.

Onun sözlərinə görə, ümumilikdə, bu ilin sonuna qədəq UNDP və Azərbaycan bir sıra layihələrin həyata keçirilməsini planlaşdırır və bu layihələr KOBİA, ABAD və başqaları ilə əməkdaşlıq çərçivəsində icra ediləcək.

Ç.Bista vurğulayıb ki, UNDP və Azərbaycan inklüzivlik, ətraf mühit, rəqəmsal texnologiyalar, innovasiyalar və digər sahələrdə layihələr üzrə əməkdaşlıq edir və əsas diqqəti Minilliyin İnkişaf Məqsədlərinə nail olmağa yönəldir.

Son xəbərlər

Orphus sistemi