Ümummilli lider Heydər Əliyevin xatirəsi Gürcüstanda yad edilib

Ümummilli lider Heydər Əliyevin xatirəsi Gürcüstanda yad edilib Paata Xizanişvili deyib ki, Heydər Əliyev təkcə Azərbaycanda deyil, Gürcüstanda da böyük sevgi ilə xatırlanır
Xarici siyasət
12 Dekabr , 2016 12:13
Ümummilli lider Heydər Əliyevin xatirəsi Gürcüstanda yad edilib

Tbilisi. 12 dekabr. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda ehtiramla yad edilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən “SOCAR”, Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan, “Paşa Bank”, AZPROMO şirkətlərinin, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Rustavi şəhərinə gələrək buradakı Heydər Əliyev Parkında da ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xizanişvili və bölgə rəsmiləri də ulu öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Paata Xizanişvili jurnalistlərə müsahibəsində deyib ki, Heydər Əliyev təkcə Azərbaycanda deyil, Gürcüstanda da böyük sevgi ilə xatırlanır: “Heydər Əliyev müasir Azərbaycan-Gürcüstan dostluğunun əsasın qoyan dahi şəxsiyyətdir. Onun siyasi uzaqgörənliyi nəticəsində regionumuz inkişaf edir. Biz bu sabitliyə, inkişafa görə Heydər Əliyevə borcluyuq. Heydər Əliyevin əziz xatirəsi gürcü xalqının qəlbində əbədi yaşayacaqdır”.

Son xəbərlər

Orphus sistemi