Ümumdünya Turizm Təşkilatının baş katibi: "Azərbaycan dünyada nüfuzu olan ölkədir"

Ümumdünya Turizm Təşkilatının baş katibi: "Azərbaycan dünyada nüfuzu olan ölkədir" "Dünyanın problemlərini birgə həll etmək lazımdır"
Xarici siyasət
5 May , 2017 11:24
Ümumdünya Turizm Təşkilatının baş katibi: Azərbaycan dünyada nüfuzu olan ölkədir

Bakı. 5 may. REPORT.AZ/ "Bu gün dünya maraqlı və çətin vaxtlarını yaşayır. Çünki insanlar terror, insan hüquqları, bərabərlik, insanların və fikirlərin fərqliliyi kimi çağırışlara birgə cavab vermək zərurətində qalır".

"Report" xəbər verir ki, bunu Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.

"Azərbaycan dünyada nüfuzu olan ölkədir. Hər bir kəs Azərbaycan insanının səmimi olduğunu görə bilər! Bu mənada Prezident İlham Əliyevi xoşbəxt hesab edirəm", - T.Rifai bildirib.

O, dünya ictimaiyyəti qarşısında ilk növbədə insan hüquqları məsələsini təmin etmək probleminin dayandığını vurğulayıb.

"Bu gün bura toplaşdığımıza və dünyada hamının bir-birindən asılı olduğunu göstərməyə cəhd etdiyimizə görə şadam. Dünyanın problemlərini birgə həll etmək lazımdır. Başqa yolumuz yoxdur. Bir-birimizin qarşısındakı məsuliyyəti anlamalıyıq", - T.Rifai əlavə edib.

Son xəbərlər

Orphus sistemi