Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”

Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq” “Azərbaycanın ASAN xidmət dövlət orqanı olaraq Türkiyənin Texnologiya Fondu ilə saziş imzaladıq. Burada bir neçə ildir “Bilim Türkiyə” adlı layihə həyata keçirilir. “Bilim Türkiyə”nin Azərbaycanda “Bilim Bakı” mərkəzini yaradacağıq”.
Xarici siyasət
525
22 Sentyabr , 2021 22:28
Ülvi Mehdiyev: “ASAN Xidmət Baykar Makina şirkəti ilə araşdırma mərkəzi yaradacaq”
Ülvi Mehdiyev

“Azərbaycanın ASAN xidmət dövlət orqanı olaraq Türkiyənin Texnologiya Fondu ilə saziş imzaladıq. Burada bir neçə ildir “Bilim Türkiyə” adlı layihə həyata keçirilir. “Bilim Türkiyə”nin Azərbaycanda “Bilim Bakı” mərkəzini yaradacağıq”.

“Report” xəbər verir ki, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Haber Global”a müsahibəsində deyib.

O, qeyd edib ki, Azərbaycan gəncləri həmin mərkəzdə öz proqramlarının yazılması, dronlarının hazırlanması, digər texnoloji təlimlərə cəlb olunacaqlar. Bu da onların gələcəkdə həmin sahədə peşəkar biliklərə yiyələnməsinə səbəb olacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə "Baykar Makina" şirkəti ilə əməkdaşlıq protokolu imzalanıb.

“ASAN Xidmət həmin şirkətlə birgə innovasiya, araşdırma, resurs mərkəzi yaradacaq. Orada tədqiqat və araşdırmalar aparılacaq. Hər iki saziş bizim üçün dəyərli və qiymətlidir. Biz qısa müddətdə türk həmkarlarımızla, qardaşlarımızla birgə müasir innovasiyalı araşdırma mərkəzini qurmağı nəzərdə tuturuq”, - deyə Ülvi Mehdiyev bildirib.

O, “Teknofest” festivalının Bakıda keçiriləcəyini əlavə edib: “Bizim nazirliklə Türkiyənin müvafiq nazirliyi arasında danışıqlar gedir. Bakıda belə bir festivalın keçirilməsini planlaşdırırıq. İnanırıq ki, bir millət iki dövlət olaraq, bu sahədə də önəmli addımlar atacağıq”.

Son xəbərlər

Orphus sistemi