Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad etməyin onun üçün böyük fəxr olduğunu bildirib.
“Report” xəbər verir ki, Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edən diplomat qeyd edib ki, Heydər Əliyev Ukrayna ilə Azərbaycan arasında əsl dostluğun əsasını qoyub.
“Bu gün ölkələr arasında olan strateji dostluq məhz onun zamanında yaranıb. Xalqlarımız arasında qarşılıqlı sevgi və hörmət var. Ona görə dahi liderin xatirəsini anmaq bizim üçün böyük fəxrdir. Bu, bizim borcumuzdur”, - səfir deyib.