Ukraynanın Ujqorod şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir

Ukraynanın Ujqorod şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir “Ujqorod şəhərinin konkret Azərbaycan şəhərləri ilə əlaqəsi yoxdur".
Xarici siyasət
23 Sentyabr , 2021 11:58
Ukraynanın Ujqorod şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir
Boqdan Andreyev

“Ujqorod şəhərinin konkret Azərbaycan şəhərləri ilə əlaqəsi yoxdur. Amma şəhərimizin Azərbaycanın Ukraynadakı səfirliyi və ya konsulluq xidmətləri tərəfindən təklif oluna biləcək şəhərlə münasibətlərinin olması hər iki tərəfin xeyrinə olardı. Sadəcə, maraqlı, tarixi olan, şəhərimizə bənzəyən şəhər seçmək lazımdır. Yəni biz şəhərimizin Azərbaycanın belə bir şəhəri ilə qardaşlaşmasını istərdik. Bu məsələni XİN, İqtisadiyyat Nazirliyi vasitəsilə qaldırmaq olar”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Ujqorod şəhərinin meri Boqdan Andreyev deyib.

O bildirib ki, Zakarpatye vilayətinin turistləri cəlb etmək potensialı böyükdür:

“İttifaq dövrünü yaxşı xatırlayıram. Azərbaycandan da xeyli sayda insan bizə gələrdi. Mən Odessada oxuyurdum, Lvovdan Odessaya qatarla gedərkən çox sayda azərbaycanlının Lvov vilayətinə, Truskavets sanatoriyasına gəldiyini görürdüm. Zakarpatye də müalicəvi sanatoriyalar, ümumən turizm, istirahət baxımından böyük potensiala malikdir. Elə təkcə Ujqorod şəhərinin minillik tarixi var. Qış tətilinə, yay tətilinə Karpat dağlarının ətəyinə gələn turistlər üçün burada görməli, gəzməli yerlər xeyli saydadır. Aviadaşımalar bərpa olunduğundan turistlərin də vilayətimizə gəlməsi asan olacaq. Üstəlik, Prezidentimiz nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı proqramı təsdiqləyib”.

Mer bildirib ki, şəhərdə Azərbaycan icması var: “Şəhərimizdə 70-ə yaxın millətdən olan insanlar yaşayır. Onların hamısına qarşı eyni münasibət bəsləyirik. Hamımız dinc şəraitdə yaşayırıq”.

Son xəbərlər

Orphus sistemi