Ukraynanın Lvov şəhərində Zərifə Əliyevanın xatirəsi anılıb

Ukraynanın Lvov şəhərində Zərifə Əliyevanın xatirəsi anılıb Bakı. 30 aprel. REPORT.AZ/ Ukraynanın Lvov şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.
Xarici siyasət
30 Aprel , 2018 20:51
Ukraynanın Lvov şəhərində Zərifə Əliyevanın xatirəsi anılıb

Bakı. 30 aprel. REPORT.AZ/ Ukraynanın Lvov şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) tərəfindən keçirilən anım mərasimində Konqres nümayəndələri, Lvov Vilayət və Şəhər Administrasiyasının rəhbərliyi, Lvov Şəhər Şurasının deputatları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər Klinik Xəstəxanasının baş həkimi, Ukraynanın əməkdar həkimi, BUAK-ın üzvü Cəvahir Cəfərova, BUAK-ın Lvov vilayəti üzrə sədri Teymur Məmmədov, BUAK-ın vilayət üzrə Gənclər və idman departamentinin sədri Şəhriyar Məhərrəmov, Poltava vilayət deputatı, BUAK-ın üzvü Fəxrəddin Muxtarov, Lvov Vilayət Administrasiyasının milli və dini idarəsinin rəhbəri Lesya Kornat, Lvov Şəhər Radasının deputatı Roman Qrıçeviç və digərləri Zərifə xanım Əliyevanın keçdiyi ömür yolundan danışıblar. Bildirilib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən Ukraynanın müxtəlif bölgələrində sosial, iqtisadi layihələr həyata keçirilir.

Daha sonra anım mərasimində Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan sənədli film göstərilib.

Qeyd edək ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyevdir.

Son xəbərlər

Orphus sistemi