Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının (
Bu barədə "Report"a səfirlikdən məlumat veriblər.
Görüş zamanı tərəflər Ukraynanın 2019-cu ildə təşkilata sədrliyinin prioritetlərini, ilk növbədə, azad ticarət zonasının və GUAM-ın nəqliyyat dəhlizinin işə salınması məsələsini, münaqişələrin həlli üzrə beynəlxalq arenada gələcək əməkdaşlığı, üzv dövlətlərin sektoral əməkdaşlıq proqramlarının həyata keçirilməsini, ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.
Ukraynalı diplomat vurğulayıb ki, səfirlik bundan sonra da GUAM-ın fəaliyyətinə fəal şəkildə dəstək verəcək.