Ukraynalı nazir: "Azad olunmuş ərazilərin bərpasına dəstək verməyə hazırıq"

Ukraynalı nazir: "Azad olunmuş ərazilərin bərpasına dəstək verməyə hazırıq" Nazir təcrübələrini Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib
Xarici siyasət
14 Aprel , 2021 16:17
Ukraynalı nazir: Azad olunmuş ərazilərin bərpasına dəstək verməyə hazırıq

"Ukrayna Azərbaycanın azad olunmuş bölgələrinin bərpasına dəstək verməyə hazırdır".

“Report” xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Vladislav Krikliy Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.

“Sözsüz ki, azad olunmuş ərazilərə əhalinin qayıdıb yaşaması üçün minaların təmizlənməsindən tutmuş infrastrukturla bağlı problem və təhlükələrin aradan qalxmasına, o cümlədən nəqliyyat bağlantılarının qurulmasına qədər bərpa məsələlərinə qoşulmağa hazırıq”, - deyən ukraynalı nazir kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin inşası və s. kimi sahələrdəki təcrübələrini Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.

Gəncə adlı dinc şəhərin dinc əhalisinin başına gələnlərin bir daha baş verməməsi arzusunu dilə gətirən nazir həmçinin bütün Qarabağa əmin-amanlıq və rifah diləyib.

Son xəbərlər

Orphus sistemi