Ukraynada Xocalı soyqırımı ilə bağlı yeni kütləvi kampaniyaya start verilib

Ukraynada Xocalı soyqırımı ilə bağlı yeni kütləvi kampaniyaya start verilib Ukrayna parlamentinin deputatları adından soyqırımı ilə bağlı bəyanat yayılıb
Xarici siyasət
100
24 Fevral , 2018 23:15
Ukraynada Xocalı soyqırımı ilə bağlı yeni kütləvi kampaniyaya start verilib

Bakı. 24 fevral. REPORT.AZ/ Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) tərəfindən Ali Rada (Parlament) deputatları, siyasi və ictimai xadimlərin iştirakı ilə Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Report” xəbər verir ki, mərasimdə çıxış edən BUAK sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev 1992-ci ildə erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı, Ermənistan tərəfindən hələ də davam edən işğalçılıq və separatizm barədə məlumat verib.

O, beynəlxalq təşkilatların yürütdüyü ikili standartlar siyasətini pisləyərək bildirib ki, vaxtında Qərb dövlətləri Dağlıq Qarabağda baş qaldıran separatizmə ciddi yanaşsaydı, bu gün Avropanın özü də bundan əziyyət çəkməzdi.

Çıxış edən Ali Rada deputatı Sergey Melniçuk, BUAK Ali məclisinin sədri Akif Gülməmmədov, Krım Tatar Məclisinin və yəhudi icmasının nümayəndələri və digərləri Xocalı soyqırımını bəşəri cinayət adlandıraraq bundan üzüldüklərini, cinayətkarların hələ də cəzalandırılmamasından narahatçılıqlarını bildiriblər. Təqdimatda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları da iştirak edib.

Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçi tədbirdə Xocalı soyqırımı ilə bağlı qrupdakı həmkarları adından rəsmi bəyanat yayaraq onu mərasimdə oxuyub.

Tədbirdə soyqırımı ilə bağlı videoçarx izlənilib.

Bundan başqa BUAK-ın təşkilatçılığı ilə Ukraynanın Odessa, Lvov, İvana-Fransovski, Çernovtsı, Jitomir, Çerniqov, Dnepropetrovski, Xmelnitski, Xarkov, Zaparoje və digər vilayətlərində Xocalı soyqırımı ilə bağlı kampaniyaya start verilib. Bütün şəhərlərin açıq yerlərində soyqırımı ilə bağlı faktları özündə əks etdirən posterlər, plakatlar və video görüntülər yerləşdirilib. Bu, bir neçə gün davam edəcək.

Odessada eyni zamanda BUAK tərəfindən Xocalı soyqırımı plakatları ilə Ermənistan konsulluğuna doğru yürüş edilib, soyqırımının tanınmasını, işğala son qoyulmasını tələb edən məktub oxunub.

Son xəbərlər

Orphus sistemi