Ukrayna XİN başçısı Bakıda dövlət başçıları səviyyəsində tədbirlərin hazırlanmasını müzakirə edəcək

Ukrayna XİN başçısı Bakıda dövlət başçıları səviyyəsində tədbirlərin hazırlanmasını müzakirə edəcək Ukrayna xarici işlər naziri Pavlo Klimkin bu gün Azərbaycana rəsmi səfərə gələcək
Xarici siyasət
2 Oktyabr , 2017 14:02
Ukrayna XİN başçısı Bakıda dövlət başçıları səviyyəsində tədbirlərin hazırlanmasını müzakirə edəcək
AP Photo/ Sergei Chuzavkov

Bakı. 2 oktyabr. REPORT.AZ/ Ukraynanın xarici işlər naziri Pavlo Klimkin bu gün Azərbaycana rəsmi səfərə gələcək.

"Report" Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ikigünlük səfər zamanı Ukrayna XİN başçısı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq, ölkə rəhbərliyi, eləcə də Ukrayna icmasının nümayəndələri ilə görüşlər keçirəcək.

Ukrayna XİN-in məlumatına görə, səfərin məqsədi dövlət başçıları səviyyəsində tədbirlərin hazırlanması və Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivli istiqamətlərini müzakirə etməkdir.

Son xəbərlər

Orphus sistemi