Ukrayna XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib

Ukrayna XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib Səfər zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivli istiqamətləri müzakirə olunacaq
Xarici siyasət
2 Oktyabr , 2017 17:33
Ukrayna XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib
Flickr

Bakı. 2 oktyabr. REPORT.AZ/ Ukraynanın xarici işlər naziri (XİN) Pavlo Klimkin Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə "Report"a Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Ukrayna XİN-in məlumatına görə, iki günlük səfər zamanı Ukrayna XİN başçısı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq, ölkə rəhbərliyi, eləcə də Ukrayna icmasının nümayəndələri ilə görüşlər keçirəcək.

Səfərin məqsədi dövlət başçıları səviyyəsində tədbirlərin hazırlanması və Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivli istiqamətlərini müzakirə etməkdir.

Son xəbərlər

Orphus sistemi