Ukrayna uğrunda həlak olan azərbaycanlıların xatirəsi əbədiləşdirilib

Ukrayna uğrunda həlak olan azərbaycanlıların xatirəsi əbədiləşdirilib İkinci Dünya müharibəsi zamanı Ukraynanın Nikolayev vilayətinin Ukrainka qəsəbəsində yerləşən Perequliskiy limanı uğrunda gedən döyüşlərdə həlak olan azərbaycanlıların xatirəsinə bayraq dirəkləri ucaldılıb.
Xarici siyasət
202
27 Avqust , 2021 18:32
Ukrayna uğrunda həlak olan azərbaycanlıların xatirəsi əbədiləşdirilib

Ukraynanın Nikolayev vilayətinin Ukrainka qəsəbəsində yerləşən Perequliskiy limanı yaxınlığında, ölkənin azadlığı uğrunda həlak olan azərbaycanlıların xatirəsinə bayraq dirəkləri ucaldılıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Nikolayev Xalq Hərəkatı İctimai Birliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı, digər iş adamları ilə birgə Almaniyada yaşayan azərbaycanlı iş adamı Rasim Tağıyevin də dəstəyi ilə ucaldılan xatirə kompleksində Ukrayna, Azərbaycan, Moldova və Avropa Birliyinin bayraqları dalğalanacaq.

Xatirə kompleksində İkinci Dünya müharibəsi zamanı Donbasdan Odessaya qədər Ukraynanı faşistlərdən azad edən 416-cı Taqanroq diviziyasında həlak olanlarla yanaşı, hazırda ölkənin şərqində separatçılarla döyüşlərdə həlak olanların da xatirəsi yad ediləcək.

Açılış mərasimində təşkilatçı qurumun rəhbəri Nikolay Qorbatenko, yerli deputat Aleksey Osipenko, yerli sovetin sədri İrina Vişnevskaya, yerli iş fəallarından Marina Avdeeva, Andrey Piquliyevskiy, veteran Konstantin Oborin, Stanislav Çayçenko, Anastasiya Poqosova, Mixail Drotenko, BUAK fəalı Fazil Əsgərov, yerli məktəbin heyəti və digərləri iştirak ediblər.

Açılışda çıxış edənlər Ukraynanın azadlığı uğrunda həlak olan azərbaycanlılarla fəxr etdiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi