Ukrayna "Şərq Tərəfdaşlığı" ölkələri ilə vahid iqtisadi məkan yaradılmasını təklif edir

Ukrayna "Şərq Tərəfdaşlığı" ölkələri ilə vahid iqtisadi məkan yaradılmasını təklif edir Proqram ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələr aparmağı və payızda gələcək müzakirələr üçün görüşməyi planlaşdırır
Xarici siyasət
12 İyul , 2016 09:52
Ukrayna Şərq Tərəfdaşlığı ölkələri ilə vahid iqtisadi məkan yaradılmasını təklif edir

Bakı. 12 iyul. REPORT.AZ/ Ukrayna "Şərq Tərəfdaşlığı" ölkələri ilə vahid iqtisadi məkan yaradılması məsələsi üzrə müzakirələrə başlamaq təşəbbüsünü göstərir.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin bildirib.

"Bu gün vahid iqtisadi məkan yaradılmasının mümkünlüyü haqqında müzakirələr aparmaqla bağlı məsələ qaldırdım", - deyə Ukrayna XİN başçısı rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, proqram ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələr aparmağı və payızda gələcək müzakirələr üçün görüşməyi planlaşdırır.

Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi