Ukrayna səfirliyi Azərbaycanı təbrik edib

Ukrayna səfirliyi Azərbaycanı təbrik edib "Bu bayram Krım tatarlarının da qeyd etdiyi ənənəvi bayramdır"
Xarici siyasət
20 Mart , 2021 09:30
Ukrayna səfirliyi Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, təbrik mətni səfirliyin feysbuk səhifəsində yer alıb:

“Novruz bayramınız mübarək!

Novruz artıq 3 000 ilə yaxındır ki, qeyd edilən yaz gecə-gündüz bərabərliyinin bayramıdır. O, bütün azərbaycanlılar üçün ən əziz milli bayramlardan biridir.

Bu bayram Ukrayna üçün də doğmadır, çünki yerli xalqlarımızdan biri olan Krım tatarlarının da qeyd etdiyi ənənəvi bayramdır. Ukraynada yaşayan böyük Azərbaycan diasporasını da nəzərə alsaq, Novruzun qeyd edilməsi üzrə mövcud gözəl adətlər ukraynalıların mədəniyyətinin bir hissəsinə çevrilib.

Qardaş Azərbaycan xalqını bu gözəl bahar bayramı münasbətilə ürəkdən təbrik edirik. Novruz gələcəyə ümidlə baxdığımız bir vaxtdır. Qoy o, bizə xalqlarımız arasında səmimi və dost münasibətlər, ölkələrimizə harmoniya və çiçəklənmə gətirsin.

Novruz bayramınız Mübarək!”

Son xəbərlər

Orphus sistemi