Ukrayna səfiri ölkə vətəndaşlarının Nepaldan təxliyyəsi zamanı göstərilən yardıma görə Azərbaycana minnətdarlığını bildirib
Ukrayna səfiri ölkə vətəndaşlarının Nepaldan təxliyyəsi zamanı göstərilən yardıma görə Azərbaycana minnətdarlığını bildiribAzərbaycan FHN-i təxliyyə olunan Ukrayna vətəndaşlarına tibbi yardım göstərib, geyim və qida ilə təmin edib
Bakı. 8 may. REPORT.AZ/ Ukrayna səfiri Aleksandr Mişenko bu ölkə vətəndaşlarının Nepaldan təxliyyəsi zamanı göstərilən yardıma görə Azərbaycanın və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. "Report" xəbər verir ki, A.Mişenko Azərbaycan FHN-in rolunu xüsusi olaraq vurğulayaraq qeyd edib ki, qurum Ukrayna vətəndaşlarına tibbi yardım göstərib, onları geyim və qida ilə təmin edib.
Xatırladaq ki, mayın 6-da zəlzələdən zərər çəkən Nepaldan bir neçə ölkə vətəndaşlarını təxliyyə edən Ukrayna Müdafiə Nazirliyinin İl-76 təyyarəsi Bakı hava limanına enib. Təyyarənin göyərtəsində 76 Ukrayna və 11 xarici vətəndaş (Gürcüstan, Polşa, Rusiya və Fransa) olub.