Ukrayna səfiri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib

Ukrayna səfiri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Fəxri Xiyabanı ziyarət edib.
Xarici siyasət
10 May , 2022 14:30
Ukrayna səfiri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Fəxri Xiyabanı ziyarət edib.

“Report” səfirin tviter səhifəsinə istinadən xəbər verir ki, o, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub.

“Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Onun xatirəsini ehtiramla yad edərək, Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və genişlənməsinə yönəlmiş fəaliyyətini ehtiramla anırıq!”, - o yazıb.

Son xəbərlər

Orphus sistemi