Ukrayna səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Ukrayna səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskiy Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Xarici siyasət
20 mart 2022 07:07
Ukrayna səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Vladislav Kanevskiy

Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskiy Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, səfirin bayram təbrikində deyilir:

“Qardaş Azərbaycan xalqını baharın, təbiətin canlanmasının, firavanlığın, həyat və əmin-amanlığın rəmzi olan gözəl Novruz bayramı münasibətilə təbrik edirəm! Ukraynaya bahar əvəzinə müharibə gəlsə də, əminəm ki, ailə rahatlığının bəxş etdiyi xoşbəxtliyi, siz - əziz azərbaycanlılar kimi, əsl dostlarla mehriban, səmimi və əyləncəli görüşləri yenidən hiss etmək üçün bu qaranlığa qalib gələcəyik. Novruz bayramınız mübarək!"

Son xəbərlər

Orphus sistemi