Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı bir sıra ikitərəfli saziş imzalanacaq

Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı bir sıra ikitərəfli saziş imzalanacaq Pyotr Poroşenkonun Bakıya səfərinin proqramı açıqlanıb
Xarici siyasət
11 İyul , 2016 17:20
Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı bir sıra ikitərəfli saziş imzalanacaq

Bakı. 11 iyul. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də  Azərbaycana rəsmi səfərə gələcək.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, Ukrayna prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci sessiyasını keçirəcək.

Səfər zamanı müxtəlif sahələrdə Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sazişin imzalanması planlaşdırılır.

Səfər proqramına həmçinin Pyotr Poroşenkonun Azərbaycanın baş naziri və Milli Məclisin sədri ilə fərdi görüşləri də daxildir.

Son xəbərlər

Orphus sistemi