Ukrayna prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ukrayna prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib Pyotr Poroşenko görkəmli şair Taras Şevçenkonun Bakıda ucaldılmış abidəsinin önünə əklil qoyub
Xarici siyasət
14 İyul , 2016 18:04
Ukrayna prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Fəxri xiyabana gələrək müasir müstəqil dövlət memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. 

“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Bundan sonra Ukrayna prezidenti Şəhidlər xiyabanını ziyarət edib. Pyotr Poroşenko ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Ukrayna prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Pyotr Poroşenko Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Ukrayna prezidenti həmçinin görkəmli şair Taras Şevçenkonun Bakıda ucaldılmış abidəsini ziyarət edib.

Ukrayna dövlətinin başçısı görkəmli şairin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Burada Pyotr Poroşenko Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə səmimi söhbət edib, onlarla xatirə şəkli çəkdirib.

Son xəbərlər

Orphus sistemi