UHİF sədri: "Azərbaycanın həmkarlar ittifaqlarının təcrübəsi Ukrayna üçün əhəmiyyətlidir"

UHİF sədri: "Azərbaycanın həmkarlar ittifaqlarının təcrübəsi Ukrayna üçün əhəmiyyətlidir" Ukraynanın qarşısında torpaq islahatı dövründə həmkarlar ittifaqlarının nüfuzunu qoruyub saxlamaq kimi çətin vəzifə durur
Xarici siyasət
229
8 May , 2021 11:59
UHİF sədri: Azərbaycanın həmkarlar ittifaqlarının təcrübəsi Ukrayna üçün əhəmiyyətlidir

"Azərbaycanın həmkarlar ittifaqlarının kənd təsərrüfatı sektorundakı təcrübəsi Ukrayna üçün əhəmiyyətlidir".

Bu fikirləri “Report”un Şərqi Avropa Bürosu ilə müsahibəsində Ukrayna Həmkarlar İttifaqları Federasiyasının (UHİF) sədri Qriqori Osovoy bildirib.

“Kənd təsərrüfatı əvvəllər dövlət və kolxoz-koperativ mülkiyyətinə söykənirdi. O dövrdə həmkarlar ittifaqları özlərini rahat hiss edirdi. Müstəqillik elan ediləndən, özəlləşdirmə keçiriləndən sonra kənd təsərrüfatında özəl mülkiyyətin hakim olması özəl mülkiyyətçilə, sərmayədarlarla əməkdaşlığın qurulmasını şərtləndirdi. Aqrar sənaye kompleksində fəaliyyət göstərən çoxlu şirkətlərlə üfuqi əlaqələr qurmaq lazım gəlir. Bununla yanaşı, Ukraynada torpaq islahatı aparılır, müvafiq qanun da qəbul edilib. Deməli, torpaq bazarı yaranacaq, torpaq sahibləri yeni şərtlərlə dəyişə biləcək, bu da şirkətlərin fəaliyyətinə öz təsirini göstərməyə bilməz. Azərbaycanda bütün bunlar yoxdur”, – Q.Osovoy deyib.

Onun sözlərinə görə, Ukraynanın qarşısında torpaq islahatı dövründə həmkarlar ittifaqlarının nüfuzunu qoruyub saxlamaq kimi çətin vəzifə durur.

“Hazırda gərgin siyasi mübarizə gedir, o cümlədən parlamentdə millət vəkillərinin bir qismi torpaqların əcnəbilərin əlinə keçməsindən çəkinərək bu islahatı qəbul etmirlər. Torpaq sahibləri öz sahələrini sata, alış-verişə çıxara biləcəyi üçün kənd sakinləri üçün də narahat dövr başlayır. Azərbaycanda isə mən bilən belə şeylər yoxdur. Odur ki, Azərbaycanın, habelə bu kimi proseslərin artıq baş verdiyi ölkələrin həmkarlar ittifaqlarının təcrübəsi bizim üçün əhəmiyyətlidir”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi