Vendi Morton İçərişəhərlə tanış olub

Vendi Morton İçərişəhərlə tanış olub O, Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbinə baş çəkib
Xarici siyasət
8 Fevral , 2021 18:18
Vendi Morton İçərişəhərlə tanış olub

Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton İçərişəhəri ziyarət edib.

“Report” xəbər verir ki, o, Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbinə baş çəkib:

“Xəzər sahilində yerləşən ecazkar Bakının qədim şəhər ərazisinə (İçərişəhərinə) heyrətamiz səfər oldu. Azərbaycan zəngin mədəni irsə sahibdir və mən gələcək sənətkarlar nəslini dəstəkləyən və Azərbaycanın qədim mədəniyyətini qoruyan Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbinə çox maraqlı səfər etdim”, - qonaq tvitter səhifəsində qeyd edib.

Xatırladaq ki, V.Morton Böyük Britaniya ilə Azərbaycan arasında illik dialoq sammitində iştirak etmək üçün bu gün Bakıya ikigünlük səfərə gəlib.

Son xəbərlər

Orphus sistemi