Yuxarı

TÜRKSOY ölkələri mədəni irsin qorunması məsələsində daha fəal əməkdaşlıq etmək niyyətindədir

TÜRKSOY-un baş katibi Azərbaycan prezidentinə türk ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsində töhfəyə görə minnətdarlığını bildirib

Bakı. 18 dekabr. REPORT.AZ/ "Son illər Azərbaycan bir çox beynəlxalq tədbirlər keçirir və burada TÜRKSOY çərçivəsində münasibətlərin inkişafına səbəb olan dahi insanlar çalışır". "Report" xəbər verir ki, bu barədə TÜRKSOY baş katibi Düsen Kaseinov TÜRKSOY üzv ölkələrinin UNESCO məsələləri üzrə milli komissiya və komitələrin nümayəndələrinin V iclasında bildirib. 

D.Kaseinov xalqlar və millətlərin mədəni irsinin qorunması məsələsində əməkdaşlığın vacibliyini vurğulayıb. 

Baş katib  türk dövlətləri arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində töhfəsinə görə İlham Əliyevə minnətdarlığını bildirib. 

O qeyd edib ki, təşkilat mədəniyyət abidələrinin qorunması üzrə iş aparır, bu sahədə tədqiqatlar həyata keçirilir.

"Qeydri-maddi irsdən danışarkən biz müəyyən nəticələr əldə etmişik və bu istiqamətdə işi inkişaf etdirmək niyyətindəyik", - D.Kaseinov vurğulayıb. O qeyri-maddi mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üzrə ekspert komissiyaların daha uğurlu işi üçün mexanizmin hazırlanmasının vacibliyini qeyd edib. 

Onun sözlərinə görə, 2013-cü ildə qeyri-maddi mədəniyyət obyektlərinin siyahısı tərtib olunur. 

"Birgə layihələr təşkilatın qeyri-maddi irsinin gələcəkdə irəliləməsi üçün yaxşı ideyadır", - D.Kaseinov bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi