Yuxarı

TürkPA baş katibi: "Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub"

Jandos Asanov seçkilərin gedişindən məmnunluğunu dilə gətirib

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub".

Bunu "Report"a açıqlamasında Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsini (referendumu) müşahidə edən TürkPA-nın baş katibi Jandos Asanov deyib.

"Referenduma hazırlıq yaxşı təşkil olunub. Biz Bakıda yerləşən bəzi seçki məntəqələrində monitorinq həyata keçiririk", - J.Asanov bildirib.

O, seçkilərin gedişindən məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, TürkPA müşahidəçilər missiyasının tərkibinə Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan deputatlar daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi