Türkmənistan səfirinin diplomatik fəaliyyəti başa çatıb

Türkmənistan səfirinin diplomatik fəaliyyəti başa çatıb ​Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu qəbul edib
Xarici siyasət
1549
28 Sentyabr , 2016 18:43
Türkmənistan səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-nin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, səfir Toylı Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Toylı Komekova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi