Türkmənistan prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Türkmənistan prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub
Xarici siyasət
12 İyun , 2015 11:32
Türkmənistan prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Bakı. 12 iyun. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. 

"Report" turkmenistan.gov.tm saytına istinadən xəbər verir ki, Türkmənistan prezidentinin Azərbaycana səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlər zamanı bir sıra istiqamətlərdə, o cümlədən idman sahəsində qarşılıqlı münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi