​Türkiyənin XİN başçısı azərbaycanlı jurnalistlərlə görüşüb - FOTO

​Türkiyənin XİN başçısı azərbaycanlı jurnalistlərlə görüşüb - FOTO Nazir Avropa Oyunları və Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb
Xarici siyasət
17 May , 2015 19:12
​Türkiyənin XİN başçısı azərbaycanlı jurnalistlərlə görüşüb - FOTO

Bakı. 17 may. REPORT.AZ/ Türkiyədə səfərdə olan Azərbaycan Parlament Jurnalistləri Birliyinin üzvləri bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

"Report" xəbər verir ki, Alanya Qazeteciler Birliyinin təşkil etdiyi “2014 Medya Başarı Ödülleri Töreni”ndə iştirak edən diplomat çıxışdan və mükafatlandırma mərasimindən dərhal sonra Strasburqa uçmalı olsa da, azərbaycanlı media mənsublarının görüş istəyinə müsbət cavab verib.

Nazir azərbaycanlı jurnalistlərlə səmimi görüşüb hal-əhval tutduqdan sonra onların Avropa Oyunları, Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

Xatırladaq ki, PJB sədrinin müavini Aqil Aslan, "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy, "Report" İnformasiya Agentliyinin şöbə redaktoru Pərvin Abbasov və jurnalist Fərəh Sabirqızı Türkiyə Qazetecilər Federasiyasının başkan yardımçısı, Alanya Qəzetcilər Cəmiyətinin başkanı Mehmet Ali Dimin dəvəti ilə bu ölkədə səfərdədir.

Son xəbərlər

Orphus sistemi