​Türkiyənin xarici işlər naziri Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət edib

​Türkiyənin xarici işlər naziri Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət edib Feridun Sinirlioğlu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub
Xarici siyasət
16 Sentyabr , 2015 11:22
​Türkiyənin xarici işlər naziri Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Report" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra F. Sinirlioğlu Şəhidlər Xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Son xəbərlər

Orphus sistemi