​Türkiyənin xarici işlər naziri Azərbaycana səfərə gəlib

​Türkiyənin xarici işlər naziri Azərbaycana səfərə gəlib Mövlud Çavuşoğlu Bakıda ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək
Xarici siyasət
25 Fevral , 2015 02:00
​Türkiyənin xarici işlər naziri Azərbaycana səfərə gəlib

Bakı. 25 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, M.Çavuşoğlu səfər çərçivəsində fevralın 25-də Fəxri və Şəhidlər xiyabanlarını, həmçinin Azərbaycanın azadlığı uğrunda canlarından keçən türk əsgərlərinin məzarını ziyarət edəcək.

Türkiyə XİN rəhbərinin Bakıda Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşlər keçirəcəyi gözlənilir. Eyni zamanda, M.Çavuşoğlunun ADA Universitetində çıxışı da planlaşdırılır.

Türkiyə rəsmisi fevralın 26-da Azərbaycan rəhbərliyi ilə birgə Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edəcək və ölənlərin ruhlarını yad edəcək.

Son xəbərlər

Orphus sistemi