Səfir: "Türkiyədə erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək"

Səfir: "Türkiyədə erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək" Erkan Özoral: "Abidə qanunsuz tikilib"
Xarici siyasət
2 Dekabr , 2016 11:23
Səfir: Türkiyədə erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək

Bakı. 2 dekabr. REPORT.AZ/ "Türkiyənin Tunceli vilayətinin Nazimiye bölgəsində erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək".

Bunu "Report"a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu abidə qanunsuz olaraq ucaldılıb: "Bütün qanunsuz tikililər kimi həmin tikili də sökülməlidir".

Səfir söküntü işlərinin nə vaxt başlayacağı və tamamlanacağının hələlik məlum olmadığını bildirib.

Tunceli valiliyi və Nazimiye bələdiyyəsindən isə "Report"a bildiriblər ki, həmin ərazidə erməni və kürd terrorçularına abidə qoyulması haqqında məlumatları yoxdur.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə mətbuatında Tunceli vilayətinin Nazimiye bölgəsində ermənilərin ASALA və kürdlərin PKK terror təşkilatının üzvləri olanların adları əks olunduğu abidə ucaldığı barədə məlumat yayılıb. Daha sonra həmin abidənin yaxın zamanlarda söküləcəyi bildirilib. 

Son xəbərlər

Orphus sistemi