Bakı. 26 fevral. REPORT.AZ/ "Bu gün biz müasir Azərbaycan tarixinin ən acı səhifəsini, qardaş azərbaycanlılara qarşı erməni vəhşiliklərinin 24 illiyini qeyd edirik".
"Report" xəbər verir ki, bunu Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən jurnalistlərə verdiyi açıqlamada Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Səfir Türkiyə və Azərbaycanın həmişə sevinc və kədərini bölüşdüyünü xatırladıb: "Şübhəsiz ki, bu faciə bizim - Anadoludan olan qardaşlarınızın qəlbində də əks-səda tapıb".
İ.A.Coşqun xatırladıb ki, keçən ilin bu günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda səfərdə olmuş, həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmişdi.