Türkiyənin səfiri: "Biz Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını yaxından izləyirik"

Türkiyənin səfiri: "Biz Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını yaxından izləyirik" Türkiyə Rusiyanın Suriyadakı hərbi addımlarını məqbul saymır
Xarici siyasət
29 Oktyabr , 2015 12:22
Türkiyənin səfiri: Biz Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını yaxından izləyirik

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Biz Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını yaxından izləyirik".

"Report" xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Rusiyanın Suriyadakı hərbi fəaliyyətini şərh edərkən deyib.

Səfir Türkiyənin Rusiyanı regionda əsas tərəfdaşlardan biri hesab etdiyini bildirib: "Amma bu o anlama gəlmir ki, biz Rusiyanın Suriyadakı hər bir addımını məqbul sayırıq. Bu ölkənin hərbi fəaliyyəti Suriyadakı problemin həllinə kömək etmir. Rusların hərbi əməliyyatlarına baxsaq, görərik ki, onlar İŞİD-lə mübarizə aparmaq əvəzinə mötədil müxalifət qüvvələrinin mövqelərinə zərbələr endirir. Bununla da Rusiya Bəşşar Əsədin rejimini möhkəmləndirir".

İ.A.Coşqun, həmçinin qeyd edib ki, Rusiyanın Suriyadakı hərbi fəaliyyəti Türkiyə üçün heç bir təhlükə daşımır.

Son xəbərlər

Orphus sistemi