Türkiyənin müdafiə naziri: “Ermənistan artıq təxribatlardan əl çəkməlidir”

Türkiyənin müdafiə naziri: “Ermənistan artıq təxribatlardan əl çəkməlidir” “Ermənistan təhriklərdən əl çəkməlidir”.
Xarici siyasət
4 Oktyabr , 2022 16:40
Türkiyənin müdafiə naziri: “Ermənistan artıq təxribatlardan əl çəkməlidir”

“Ermənistan artıq təhrik və təxribatlardan əl çəkməlidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Ermənistan regional əməkdaşlığa köklənməli, uzadılan sülh əlini tutmalıdır.

H.Akar Ermənistanın sentyabrın 12-13-də sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

“Türkiyə olaraq bu günə kimi və bundan sonra da azərbaycanlı qardaşlarımızla tək yumruq olmağa davam edəcəyik. Hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt tək olmayıb”, - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi