Yuxarı
    Bağlamaq

    Türkiyənin müdafiə naziri: "Azərbaycanın işğal olunmuş əraziləri azad edilməlidir"

    Nurəddin Canikli: Azərbaycanla hərbi sahədə əməkdaşlığımız yüksək səviyyədədir© AA/ Mehmet Murat Önel

    Bakı. 28 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu ərazilər işğaldan azad edilməlidir".

    "Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

    Nazir vurğulayıb ki, Ermənistanın işğalı altında olan torpaqlar tez və ya gec azad ediləcək.

    N.Canikli bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir: "Biz vahid qüvvə kimi hərəkət edirik. Azərbaycanın gücü Türkiyənin gücüdür və əksinə, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz xaricdən silah alınmasında problemlərlə qarşılaşırıq. Odur ki, öz silahlarımızı istehsal etməyə başlamaq üçün hərbi sənayedə səylərimizi artırmalıyıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi