Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub

Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub Erkan Ozoral: "Çətinliklərə baxmayaraq, ölkə iqtisadi inkişafını uğurla həyata keçirir"
Xarici siyasət
30 Avqust , 2017 19:27
Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub
Report.az

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyənin milli bayramı - Zəfər gününün 95-illiyi münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

"Report"un verdiyi xəbərə görə, tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin milli himnləri səsləndirilib, daha sonra bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edib.

Səfir tədbir iştirakçılarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın milli bayram münasibətilə təbrik məktubunu oxuyub.

Bildirilib ki, illər ərzində Türkiyə bir çox sınaqlardan keçib. Buna misal olaraq ötən ilin iyul ayının 15-də bir qrup şəxs tərəfindən ölkədə dövlət çevrilişi etmək cəhdi göstərilib.

E.Özoral bildirib ki, bu cəhdlərin qarşısı qətiyyətlə alınıb və çətinliklərə baxmayaraq, ölkə iqtisadi inkişafını uğurla həyata keçirir.

Səfirin sözlərinə görə, bu gün ölkə PKK, YPG və PYD terrorçuları ilə mübarizəni davam etdirir. 

Son xəbərlər

Orphus sistemi