​Türkiyənin İzmit şəhərində İlham Əliyev Parkının təməli qoyulub

​Türkiyənin İzmit şəhərində İlham Əliyev Parkının təməli qoyulub Geniş sahəni əhatə edən parkda idman, əyləncə, səhiyyə, insanların rahat istirahəti üçün müxtəlif guşələr yaradılacaq
Xarici siyasət
23 Aprel , 2015 17:41
​Türkiyənin İzmit şəhərində İlham Əliyev Parkının təməli qoyulub

Bakı. 23 aprel. REPORT.AZ/ Türkiyənin İzmit şəhərinin yüksəkliyində yerləşən ən səfalı yerlərdən birində Azərbaycan dövləti başçısının şərəfinə İlham Əliyev Parkı salınır. “Report” AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 22-də parkın təməlqoyma mərasimi olub.

Parkın salınması Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi əsasında İzmit bələdiyyəsi tərəfindən reallaşdırılır. Parkın ərazisində Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslərin, ictimaiyyətin görkəmli nümayəndələrinin, elm və sənət adamlarının, mədəniyyət xadimlərinin, QHT rəhbərlərinin, KİV təmsilçilərinin və məktəblilərin iştirakı ilə ağaclar əkilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, TADEF-in sədri Bilal Dündar, İzmit bələdiyyəsinin sədri Nevzət Doğan mərasimdə çıxış ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan danışılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti başçısının güclü siyasi iradəsi, gələcəyə aydın baxışı əsasında reallığa çevrilən iqtisadi layihələr böyük bir regionda sürətli inkişafa, əhalinin rifahının yüksəlməsinə səbəb olub. Parkın salınmasında məqsəd Prezident İlham Əliyevə insanların məhəbbətini əks etdirməkdir.

Məlumat verilib ki, geniş sahəni əhatə edən parkda idman, əyləncə, səhiyyə, insanların rahat istirahəti üçün müxtəlif guşələr yaradılacaq.

Son xəbərlər

Orphus sistemi