Yuxarı
    Bağlamaq

    Türkiyənin İğdır vilayətinin valisi Naxçıvana səfər edib

    Ənvər Ünlü Vasif Talıbov ilə bölgələr arasında əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə edib

    Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin İğdır vilayətinin valisi Ənvər Ünlü Naxçıvan Muxtar Respublikasına səfər edib.

    Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan "Report"a verilən məlumata görə, vali Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb. Tərəflər bölgələr arasında əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

    Bundan əlavə, Ə.Ünlü Türkiyənin Naxçıvandakı Baş Konsulluğunu ziyarət edib, diplomatik missiyasının əməkdaşları və Naxçıvanda yaşayan Türkiyə vətəndaşları ilə görüşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi