Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gəlib Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, millət vəkili Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Xarici siyasət
21 Noyabr , 2022 09:40
Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Numan Kurtulmuş

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, millət vəkili Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak etməkdir.

Nümayəndə heyətinin tərkibində, həmçinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orhan Erdem, AK Partinin xarici əlaqələr üzrə sədr müavinləri Mehmet Ceylan, Afif Demirkıran və digər rəsmi şəxslər təmsil olunurlar.

Nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını, Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edəcək, Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi