Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürk anılıb

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürk anılıb Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunun "Nuri Paşa" zalında anım mərasimi keçirilib.
Xarici siyasət
10 Noyabr , 2021 13:43
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürk anılıb

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunun "Nuri Paşa" zalında anım mərasimi keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, deputatlar, rəsmilər, şəhər ziyalılar və Ege Universitetinin alimləri və bu şəhərdə təhsil alan türkiyəli tələbələr iştirak ediblər.

Çıxışçılar Atatürkün həyatından söhbət açıb, onu rəhmətlə yad etdiklərini vurğulayıblar.

Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib. Cənazəsi noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, Mavzoleyin inşasından sonra isə 1953-cü il noyabrın 10-da oraya köçürülüb.

Son xəbərlər

Orphus sistemi