Yuxarı

Türkiyənin baş naziri Azərbaycana səfər edəcək

Bu, Əhməd Davudoğlunun Türkiyə hökumətinin yeni tərkibinin təsdiq olunmasından sonra ilk rəsmi səfəri olacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşü zaman bildirib. 

M.Çavuşoğlunun sözlərinə görə, baş nazirin Bakıya səfəri dekabrın 3-nə nəzərdə tutulub. 

Səfər çərçivəsində Ə.Davudoğlu bir sıra rəsmi görüşlər keçirəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq, regional və dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq. 

Qeyd edək ki, bu, Əhməd Davudoğlunun Türkiyə hökumətinin yeni tərkibinin təsdiq olunmasından sonra ilk rəsmi səfəri olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi