Türkiyənin Bakıdakı səfirliyinin qarşısında Afrinin terrorçulardan təmizlənməsinə dəstək aksiyası keçirilib

Türkiyənin Bakıdakı səfirliyinin qarşısında Afrinin terrorçulardan təmizlənməsinə dəstək aksiyası keçirilib Səfir: "Bizim qələbə və gücümüz – sizin qələbə və gücünüzdür"
Xarici siyasət
106
19 Mart , 2018 17:19
Türkiyənin Bakıdakı səfirliyinin qarşısında Afrinin terrorçulardan təmizlənməsinə dəstək aksiyası keçirilib
Report/ Elchin Murad

Bakı. 19 mart. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında Afrinin terrorçulardan təmizlənməsi münasibətli aksiya keçirilib.

"Report" xəbər verir ki, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyi, Qarabağ Azadlıq Təşkilatı və Türk Dünyası Gənc Yazarlar Birliyinin təşkil etdiyi aksiyada 50 nəfərdən çox insan iştirak edib.

Onlar "Qarabağ-Afrin-Türkiyə" şüarını səsləndiriblər. Aksiya iştirakçılarından biri qeyd edir: "Türk əsgəri güclü olduğunu göstərib, o, dinc sakinlərə zərər yetirmədən torpağı terrorçulardan təmizləyib".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral dəstəyə görə aksiya iştirakçılarına təşəkkür edib: "Biz birik, gücümüz birliyimizdədir. Bizim qələbə və gücümüz – sizin qələbə və gücünüzdür".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun yanvarın 20-dən davam edən “Zeytun budağı” antiterror əməliyyatı nəticəsində martın 18-də Afrin şəhərinin mərkəzi terrorçulardan təmizlənib.

Orphus sistemi