Türkiyənin Azərbaycandakı səfirliyində və baş konsulluqlarında xatirə kitabı açılacaq

Türkiyənin Azərbaycandakı səfirliyində və baş konsulluqlarında xatirə kitabı açılacaq Xatirə kitabı dekabrın 11-də İstanbulda törədilən terror aktı ilə əlaqədar açılacaq
Xarici siyasət
14 Dekabr , 2016 13:04
Türkiyənin Azərbaycandakı səfirliyində və baş konsulluqlarında xatirə kitabı açılacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyində dekabrın 11-də İstanbulda törədilən terror aktı ilə əlaqədar xatirə kitabı açılacaq.

Türkiyə səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı dekabrın 15-də saat 14:00-dan 18:00-dək, dekabrın 16-da isə saat 10:00-dan 12:00-dək və saat 14:00-dan 18:00-dək açıq olacaq.

Xatirə kitabı, həmçinin Türkiyənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında da açılacaq.

Xatırladaq ki, İstanbulda "Beşiktaş" futbol klubunun ev oyunlarını keçirdiyi "Vodafone Arena" stadionunun yaxınlığında törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub, 155 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi