Yuxarı
    Bağlamaq

    Türkiyənin Azərbaycandakı səfirliyi Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edib

    Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə sentyabrın 1-də qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub.

    "Report" xəbər verir ki, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər.

    Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

    Səfirliyin müşaviri xanım Meral Barlas Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi altında 1922-ci il avqustun 30-da tarixi zəfərə imza atdığını bildirib, bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.

    Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik nitqinin mətni oxunub.

    Sonra tədbir ziyafətlə davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi